Sergey Lavrov Türkiyəyə səfər edəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyənin Antalya şəhərində keçiriləcək III Diplomatiya Forumunda iştirak edəcək.

“İNFONEWS” xəbər verir ki, bu barədə RF Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib. O qeyd edib ki, Sergey Lavrov martın 1-3-də Türkiyənin Antalya şəhərində keçiriləcək III Diplomatiya Forumunda iştirak edəcək.

Zaxarovanın sözlərinə görə, rusiyalı nazir Türkiyə XİN-in başçısı ilə danışıqlar aparacaq. Tərəflər Cənubi Qafqazda, Ukraynada, Suriyada, Liviyada vəziyyəti, habelə Fələstin-İsrail münaqişəsini müzakirə edəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir