Fransanın səhiyyə naziri canlı yayımda peyvənd olundu
“İNFONEWS” xəbər verir.
Fransanın sosial işlər və səhiyyə naziri Olivye Veran canlı yayımda koronavirusa qarşı peyvənd olunub.
Nazir Fransada peyvəndlənən ilk hökumət nümayəndəsi olub.
O.Veran “AstraZeneca” peyvəndindən istifadə edib.
Qeyd edək ki, Fransa ötən həftə “AstraZeneca” vaksininin tətbiqinə icazə verib.