Gürcüstanın Təhsil və Elm Nazirliyi bakalavr və magistratura təhsili ilə bağlı yeni qərar qəbul edib. Qərara əsasən Gürcüstan universitetlərində bəzi ixtisaslar üzrə təhsil müddəti bakalavr pilləsində üç il, magistraturada isə bir il olacaq.
“İNFONEWS” xəbər verir ki, bu barədə Gürcüstanın Təhsil və Elm Nazirliyi məlumat yayıb.
Bildirilir ki, nazirin imzaladığı sərəncama əsasən, dəyişiklik bakalavr dərəcəsi üzrə incəsənət, biznes və idarəetmə sahələrinə, magistr dərəcəsində isə biznesin idarəetmə sahəsinə aid təhsil proqramlarına şamil ediləcək.