Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində önəmli qərarlar qəbul ediləcək.
“İNFONEWS” xəbər verir ki, bunu Milli Məclisin deputatı, COP29 Təşkilat Komitəsinin üzvü Nigar Arpadari “Ekoloji tarazlığın və insan hüquqlarının təminatı sahəsində vətəndaş cəmiyyətinin artırılması” mövzusunda keçirilən konfransda deyib.
O bildirib ki, COP29 dünyada ən böyük tədbirlərdən biridir, çünki müzakirə edilən mövzu insan həyatı üçün önəmlidir.
“Ekologiya və ətraf-mühitin qorunması mövzusu düşünürəm ki, bizim cəmiyyətin üçün hələ də yenidir. Lakin bu ilin yekununda ölkəmiz də bu mövzuya daha çox diqqət ediləcək. Azərbaycan bütün konvensiyalara qoşulub və üzərinə götürdüyü öhdəlikləri həyata keçirib. Bu il COP29-un keçirilməsi bu öhdəlikləri daha da artırır. COP29-a görə bu il bütün dünyanın gözü Bakıda olacaq”, – deputat söyləyib.