Cəbrayılda ayaqqabı istehsalı müəssisəsi yaradılacaq

“Bosco shoes” MMC-yə Cəbrayıl rayonundakı “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti statusu verilib.

“İNFONEWS”  bu barədə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, şirkət Parkın ərazisində ayaqqabı istehsalı müəssisəsi yaradılacaq. İnvestisiya dəyəri 3,5 milyon manat olan müəssisədə 72 daimi iş yerinin yaradılması nəzərdə tutulur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir