Rövnəq Abdullayev AFFA prezidentliyi üçün namizəd olmayacaq.
“İNFONEWS” AFFA-nın saytına istinadən xəbər verir ki, o, bu barədə bu gün Gəncədə AFFA İcraiyyə Komitəsinin növbəti iclasında bildirib.
İclasda qəbul edilən qərarlara əsasən AFFA-nın Növbəti Hesabat-Seçki Konfransı 2 aprel tarixinə təyin edilib.
Eyni zamanda, müvafiq müraciətə əsasən, adları aşağıda göstərilmiş futbol veteranlarına AFFA-nın təqaüdü verilib:
– İsmayıl Əliyev
– Esmiralda Ələkbərova (həkim)
– Gəray Qarayev
– İqor Ponomaryov
– Vaqif Sadıqov
– Maşallah Əhmədov
“Kəpəz” Futbol Akedemiyasının tikintisilə bağlı İcraiyyə Komitəsinə hesabat təqdim edilib.
İclasın sonunda AFFA-nın prezidenti Rövnəq Abdullayev öz istəyi ilə aprelin 2-də keçiriləcək Hesabat-Seçki konfransında namizədiyini irəli sürməyəcəyini bildirib.