Birləşmiş Ştatlar Ukraynaya qoşun göndərməyəcək.
“İNFONEWS” AFP-yə istinadən xəbər verir ki, bu barədə Ağ evin Milli təhlükəsizlik şurasının nümayəndəsi Edrien Uotson söyləyib.
Sözçünün sözlərinə görə, “Prezident Bayden ABŞ-nin Ukraynaya döyüşmək üçün qoşun göndərməyəcəyini açıq şəkildə söyləyib”.
Xatırladaq ki, daha öncə Fransa Prezidenti Emmanuel Makron Ukraynaya qoşunların göndərilməsinin mümkünlüyünü bildirib.