“Xocalıya ədalət” Türkiyə olaraq bizim də şüarımızdır.
Bunu “İNFONEWS” a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) Baş Katibi Talıb Uzun bildirib.
Baş katib deyib ki, əslən Türkiyənin Sarıqamış bölgəsindəndir və vaxtilə onun yaxın qohumları da ermənilər tərəfindən soyqırıma məruz qalıb:
“Osmanlı dönəmində bizim o coğrafiyada eyni Xocalıdakı kimi Qarsda, Ərzurumda, İğdırda, Bitlisdə, Sarıqamışda erməni silahlıları ata tərəfdən bütün nəslimi qətlə yetiriblər. Təsadüfən atamın babası başqa bir kəndə gedib, yalnız o sağ qalıb. Ona görə də mən Xocalı soyqırımını anma tədbirində çox duyğusal anlar yaşadım”.
Talıb Uzun TBMM sədri Numan Kurtulmuşun bu tədbirin təşkilində birbaşa təlimatının olduğunu vurğulayıb.