Bu ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasında 99 milyon 429 min 700 manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal edilib.
Bu barədə “İNFONEWS” -a Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 % çoxdur.
Son 1 ildə muxtar respublikada əhalinin hər nəfərinə düşən ÜDM-in dəyəri isə 0,6 % artaraq 212 manat olub.
Yanvarda Naxçıvanda 47 milyon 569 min manatlıq sənaye məhsulu istehsal edilib ki, bu da 1 il əvvəlki göstəricini 20,6 % üstələyib.