Naxçıvanda yükdaşıma 2 % artıb

Bu ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasında 487 min ton yük daşınıb.

Bu barədə “İNFONEWS” -a Naxçıvanın Dövlət Statistika Komitəsinindən məlumat verilib.

Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 % çoxdur.

Bundan başqa, yanvanda Naxçıvanda informasiya və rabitə xidmətlərinin dəyəri 1 il əvvələ nisbətən 0,5 % artaraq 2 milyon 767 min manat olub.

Son 1 ildə muxtar respublikada pərakəndə ticarət dövriyyəsinin dəyəri 0,8 % artaraq 101 milyon 220 min 300 manat, əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri isə 0,5 % artaraq 14 milyon 323 min 200 manat olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir