Ceyhun Bayramov Səudiyyə Ərəbistanına səfərə yola düşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov martın 5-də Səudiyyə Ərəbistanına işgüzar səfərə yola düşüb.

Bu barədə “İNFONEWS” -a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nazir səfər çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclasında iştirak və çıxış edəcək.

Qeyd edək ki, toplantıda Qəzzadakı durumun müzakirə olunacağı gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir