Əsəd Şirinov: “Növbəti dövrdə Sərsəng su anbarının təmir-bərpasına başlanacaq”

Azərbaycanın yerüstü su ehtiyatlarının təxminən 25-30 %-i Qarabağ ərazisindədir.

“İNFONEWS”  xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri Əsəd Şirinov Bakı Su Həftəsi (“Baku Water Week”) çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

“İşğal dövründə hidrotexniki qurğularımız vandallığa məruz qalıb. İndi onları bir-bir təmir edirik. Ağdamdakı Xaçınçay, Tərtərdəki Suqovuşan və Füzulidəki Köndələnçay su anbarlarının təmir-bərpa işləri tamamlanıb. Növbəti dövrdə Ağdərədəki Sərsəng su anbarının təmir-bərpa işlərinə başlanacaq. Bundan əlavə 4 fərqli layihələrimiz var”, – Ə.Şirinov qeyd edib.

Onun sözlərinə görə, Qarabağdakı bol sulu çayların sularını istifadə edərək yeni su anbarları inşa ediləcək: “Beləliklə Qarabağ suyunun həm onun ərazisində, həm də Aran zonasında istifadəsinə nail olacağıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir