Aşqabadda TDT Ağsaqqallar Şurasının iclası keçiriləcək

Aşqabadda Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının iclası keçiriləcək.

“İNFONEWS”  xəbər verir ki, mart ayının 11-13 tarixlərində Türkmənistanın Aşqabad şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının 15-ci toplantısı keçiriləcək.

Qeyd edək ki, TDT Ağsaqqallar Şurasında Azərbaycanı Həsən Həsənov təmsil edir. TDT Ağsaqqallar Şurasının sonuncu – 14-cü toplantısı 2023-cü ilin oktyabr ayında Özbəkistanın Səmərqənd şəhərində keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir