Azərbaycanın dövlət qurumlarına kibertəhdidlər 8 %-ə yaxın azalıb

Bu ilin yanvar-fevral aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) dövlət qurumlarına 185 kiberhücum indikatoru (IOC) müəyyən edib.

“İNFONEWS” -ün XRİTDX-nin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, bir il əvvəlki göstəricidən 7,5 % azdır.

Kibertəhdidlərin 114-ü daxili araşdırma, 71-i isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.

Hesabat dövründə “AzStateNet” şəbəkəsi üzrə 174,720 milyon zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 920 300 və “Sandbox” mühafizə sistemi vasitəsilə isə 33 313 zərərverici tərkibli elektron sənəd blok edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir