Azərbaycanla Ermənistan arasında əsirlərin mübadiləsi baş tutub

Azərbaycanla Ermənistan arasında əsirlərin mübadiləsi baş tutub

“İNFONEWS” xəbər verir.

Azərbaycanla Ermənistan arasında hərbi əsirlərin növbəti mübadiləsi keçirilib.

Bu barədə Rusiya sülhməramlılarının komandanı, general-leytenant Rüstəm Muradov bildirib.

Sülhməramlılarının komandanı deyib:

Bu gün Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının reallaşdrılması məqsədi ilə növbəti əsir mübadiləsi həyata keçirilib.

Rusiyanın Kosmik Hava Qüvvələrinin təyyarəsi ilə bir əsir Ermənistandan Bakıya, beş əsir Azərbaycandan İrəvana çatdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir