Zaqatalaya dolu yağıb

Zaqatalaya dolu yağıb.

“İNFONEWS” -ün məlumatına gərə, son günlər ölkəmizin hər yerində olduğu kimi, şimal-qərb bölgəsində də qeyri-sabit hava şəraiti hökm sürür.

Bölgənin yüksək dağlıq ərazilərinə qar, düzənlik ərazilərinə isə fasilələrlə qısa müddətli yağışlar yağır. Bu gün səhər saat 5 radələrindən sonra Zaqatala rayon mərkəzinin və ətraf ərazilərində küləkli və yağışlı hava şəraiti olub. Zaqatala şəhəri ərazisinə isə 10-15 dəqiqə ərazində dolu düşüb.

Dolu xırda olduğundan heç bir fəsad törətməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir