Azad edilmiş ərazilərə dövlət büdcəsindən 2.2 mlrd. manat vəsait ayrılıb.
“İNFONEWS” xəbər verir ki, Odlar yurdu Universiteti və Azərbaycan İqtisadçılar İttifaqının təşkilatçılığı ilə işğaldan azad edilmiş ərazilərin sosial iqtisadi inkişafıyla bağlı tədbir keçirildi.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başladı.
Tədbirin moderatoru, iqtisad elmləri doktoru, professor Elşad Məmmədov bildirdi ki, tədbirin əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə və ümumilikdə ölkə ərazisində milli iqtisadiyyatımızın dayanıqlı və eyni zamanda qabaqlayıcı inkişafı üçün elm ictimaiyyətinin konseptual baxışını həyata keçirməkdi.
Elşad Məmmədov həmçinin bildirdi ki, Azərbaycan dövləti azad edilmiş ərazilərdə ölkəmizin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində çox mühüm işlər reallaşdırmaq niyyətindədir və bunun üçün artıq bu ilin dövlət büdcəsindən 2.2 milyard vəsaitin ayrılması nəzərdə tutulub.
İqtisad elmləri doktoru, professor, alim, Millət vəkili Ziyad Səmədzadə isə bildirdi ki, azad edilmiş ərazilərdə məhsuldar qüvvələrin yerləşdirilməsi və inkişaf etdirilməsi sxemi hazırlanmalıdır, bu ən vacib məsələlərdən biridir.
Qeyd edək ki, tədbirdə bir çox iqtisadçılar və professorlar iştirak edirdi.
Azərbaycan İqtisadçılar İttifaqı