Ukrayna Prezidenti Vladimir Zelenskinin həyat yoldaşı Olena Zelenskaya ABŞ Prezidenti Co Baydenin Konqresdəki çıxışına dəvətdən imtina edib.
“İNFONEWS” xəbər verir ki, bu barədə “The Washington Post“ nəşri mənbələrinə istinadən yazıb.
Qeyd olunub ki, o, Rusiya həbsxanasında fevralın 16-da vəfat edən rusiyalı müxalif siyasətçi Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya ilə ehtimal olunan görüş səbəbindən dəvətdən imtina edib.
Nəşr yazır ki, tədbir zamanı onların yanaşı yerlərdə əyləşdiriləcəyi güman edilirdi.
Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden ötən ay Nümayəndələr Palatasının spikeri Mayk Consonun təklifini qəbul edib və 7 mart tarixində ölkənin vəziyyəti ilə bağlı müraciətini qanunverici orqanın üzvlərinə çatdırmağa razılaşıb.