Zakir Həsənov Türkiyəyə səfər edib

Martın 6-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasına rəsmi səfər edib.

“İNFONEWS”  xəbər verir ki, bu barədə Azərbaycan MN məlumat yayıb.

Məlumata görə, səfər çərçivəsində müdafiə nazirinin qardaş ölkədə görüşləri, eləcə də Türkiyənin bir sıra hərbi obyekt və müəssisələrini ziyarəti planlaşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir