Misirdə “Heydər Əliyev – 100” kitabının təqdimatı keçirilib
Martın 14- ündə Qahirə şəhərində Dr. Sada Əliəşrəfin təşəbbüsü ilə “Azərbaycanı kəşf et!” – “Discover Azerbaijan!” (DAZ) layihəsinin qala gecəsi keçirilib.
“İNFONEWS”– a verilən məlumata görə, tədbir Misirin tarixi yerlərdən biri sayılan “Fahmy Palace”da baş tutub.
Tədbirdə səfirlər, elm və incəsənət xadimləri və digər qonaqlar iştirak edib. Hörmətli qonaqlar içərisində:
Azərbaycan Respublikasının Misirdəki səfiri Cənab Elxan Poluxov,
Türkiyə Respublikasının Misirdəki səfiri cənab Salih Mutlu Şen və müşaviri,
Qana Respublikasının Misirdəki səfiri Lt Gen Obed Boamah Akva,
Özbəkistan Respublikasının Misirdəki səfiri,
Pakistan İslam Respublikasının Misirdəki səfiri,
Misirin tanınmış “SOİK” kinomatoqrafiya şirkətin və kinoməktəbin prezidenti Dr. Ahmed İsmayıl,
BİU universitetin təsisçisi və rektoru Dr. Həsən Çələbi,
Misirin Xalq artisti və United Nations Xoşməramlı səfiri Yosra,
Tanınmış rəssam professor Said Naqib,
“Gələcəyin alimləri” Cəmiyyətinin sədri Dr. Heba Mahmud
İngiltərə Krallığının “ABRSM” musiqi kollecinin Misir filialının rektoru,
Misirin Dövlət Telekanalı və mediası iştirak ediblər.
Tədbirdə “Azərbaycanı kəşf et!” layihəsinin illik hesabatı dinlənilib, layihə qalibləri mükafatlandırılıb, Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ərəb dilində nəşr edilmiş “Heydər Əliyev – 100” kitabının təqdimatı olub.
Qeyd edək ki, “Azərbaycanı kəşf et!” layihəsin çərçivəsində keçirilən müsabiqəyə 15000-nə yaxın misirli vətəndaş qatılıb.
Layihəsinin şərtlərinə görə, misirli vətəndaşlar:
1) Azərbaycana aid rəsm əsəri çəkməli;
2) Azərbaycana aid qısa film çəkmək;
3) Azərbaycan şairlərinin şeirlərini azərbaycanca ifa etməli;
4) Azərbaycan haqqında şeir yazmalı;
5) Azərbaycana aid əl işləri hazırlamalı;
6) Azərbaycan musiqisi və mahnı əsərlərini ifa etməli idilər.
Müsüflər heyəti tərəfindən 150 nəfər qalib seçilib. Qaliblər “Heydər Əliyev – 100” kitabı, təşəkkürnamə və hədiyyələrlə mükafatlandırılıblar.
Tədbir Azərbaycan Respublikasının və Misiri Ərəb Respublikasının himnlərinin səslənməsi ilə başlayaraq, rəsm və əlişləri sərgisinin nümayişi ilə davam edib.
Azərbaycan haqqında sual viktorinası təşkili, qalib gələn qonaqlara üzərində Azərbaycanın təsviri olan çantalarvə digər hədiyyələrin verilməsi tədbirə rəng qatıb.
tədbirdə “Heydər Əliyev – 100” kitabının təqdimatı baş tutub. Kitabın müəllifləri İCESCO-nun Gənc Sülhməramlı səfiri Sandi Səlim və Diasporla İş üzrə Dövlət Komitəsinin Misir üzrə koordinatoru Səbinə Aydındır.
Kitabda Ulu Öndərin həyat və fəaliyyəti, Azərbaycanın və Misirin görkəmli şəxslərinin Heydər Əliyev haqqında məqalələri və DAZ müsabiqəsinin qaliblərinin şəkilləri öz əksini tapıb.
Qonaqlar Azərbaycan barədə çıxış etdilər, Misirli vətəndaşlar Azərbaycan şairlərindən Azərbaycan dilində şeir ifa etdilər, mükafatlandırma mərasimi və iftar süfrəsi.
DAZ layihəsinin rəhbəri Dr. Sada Əliəşrəf tədbirdə Azərbaycan – Misir arasında olan dostluq-qarşılıq münasibətlərinin genişlənməsindən, son illər bir çox istiqamətlərdə əməkdaşlığın sürətli inkişafı barədə çıxış edərək, hər il keçirilən DAZ layihəsinin qala gecələrinın artıq Misirdə ənənəyə çevrilməsini vurğulayıb. Xanım Dr. Sada DAZ layihəsinə dəstək göstərən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri Fuad Muradova və komitənin əməkdaşlarına, Azərbaycan Respublikasının Misirdəki səfiri Elxan Poluxova, Türkiyə Respublikasının Misirdəki Səfiri Salih Mutlu Şenə, Dövlət Dil Komissiyasını yanında Monitorinq Mərkəzin Direktoru Sevinc Əliyevaya, Azərbaycan ictimai xadimi, Miniatür Kitab Muzeyinin təsisçisi və rəhbəri Zərifə Salahovaya öz dərin təşəkkürünü bildirib.
Sonda tədbir dəvətli qonaqlarin Müqəddəs Ramazan münasibəti ilə iftar süfrəsi əftafında davam edib.