Almaniyanın Berlin Ali Tibb Məktəbinin alimləri müəyyən ediblər ki, dərindən düşünməyə və hər şeyi təhlil etməyə meylli olan uşaqlar yetkinlik dövründə depressiyaya daha çox məruz qalırlar.
“İNFONEWS”-ün xəbərinə görə, araşdırmanın nəticələri “Clinical Psychology & Psychotherapy” (CPP) jurnalında dərc olunub.
Tədqiqatda mütəxəssislərin diaqnoz qoyduğu, depressiyadan əziyyət çəkən 72 nəfər (yaşca böyük) iştirak edib. Alimlər subyektlərin uşaqlıq travmaları haqqında məlumat toplayıb və onların emosional vəziyyətini qiymətləndiriblər.
Nəticələr göstərib ki, ciddi emosional sıxıntı və uşaqlıqda zorakılığa məruz qalan iştirakçılar həyəcanlı şəkildə fikirləşməyə daha çox meyllidirlər. Tədqiqatın müəllifləri qeyd ediblər ki, emosional pis rəftarın iki forması var – emosional istismar (açıqca düşmənçilik və ya alçaldıcı sözlər), eləcə də laqeydlik (uşağın ehtiyaclarına məhəl qoymamaq və ya güzəştə getmək).
Məlum olub ki, hər hansı formada emosional zorakılığa məruz qalan uşaqlar narahat fikirlər, problemlər və ya mənfi emosiyalar üzərində dayanmağa meyllidirlər. Uşaqların, eləcə də valideynlərin davranışlarını daim təhlil etmək həddindən artıq zehni stress yaradır ki, bu da zamanla depressiyaya düşmə riskini artırır.