“Xural” internet telekanalının həbsdə olan rəhbəri Əvəz Zeynallı barəsində olan hökmdən apellyasiya şikayəti verib.
“İNFONEWS” xəbər verir ki, bu barədə onun vəkili Rəşad Əliyev məlumat verib.
O bildirib ki, şikayət Bakı Apellyasiya Məhkəməsinə təqdim edilib və Ə.Zeynallı barəsində bəraət hökmünün çıxarılmasını istəyir.
Xatırladaq ki, Əvəz Zeynallı Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarına əsasən 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Əvəz Zeynallı Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan şəxslər tərəfindən dələduzluq törətmək), 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə), 311.3.3-cü (rüşvət alma- təkrar və külli miqdarda törədildikdə), 311.3.4-cü (ağırlaşdırıcı hallarda rüşvət alma), 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə – nüfuz alveri) və digər maddələri ilə ittiham irəli sürülüb.