Avstraliya məhkəməsi “Uber”i böyük məbləğdə təzminat ödəməyə məcbur edib

Beş il davam edən prosesdən sonra Avstraliya məhkəməsi “Uber” onlayn taksi xidmətinin yerli taksi şirkətlərinə və sürücülərə 271 milyon Avstraliya dolları (272 milyon manat) həcmində təzminat ödəməsinə qərar verib.

“İNFONEWS” xəbər verir ki, 8 min nəfər avtopark sahibi və taksi sürücüsü şirkətə qarşı kollektiv iddia qaldırıb. Onlar məhkəmədə bildiriblər ki, “Uber” yerli bazara daxil olduqdan sonra gəlirləri azalıb. Çox sayda taksi şirkəti müflis olub.

İddiaçıların vəkilinin sözlərinə görə, “Uber” bazarda nəzarəti ələ almaq üçün qeyri-sağlam rəqabət metodlarından istifadə edib. Ən geniş yayılmış üsul lisenziyası olmayan sürücülərin və avtomobillərin işə cəlb edilməsidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir