Sabaha olan hava proqnozu

Fevralın 12-də  gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “İNFONEWS”- a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq, şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Bakıda və  Abşeron yarımadasında gecə 4-6, gündüz 9-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət  gecə 70-80, gündüz 50-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ayrı-ayrı yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 4-8, gündüz 13-18, dağlarda gecə 2-7 dərəcə isti, yüksək dağlıq ərazilərdə 2-6 dərəcə şaxta, gündüz 7-12, bəzi yerlərdə 15-17 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir