“Bank BTB”nin İdarə Heyətinə YENİ TƏYİNAT

“Bank BTB” ASC-nin İdarə Heyətinə yeni sədr müavini təyin edilib.

“İNFONEWS”  bu barədə banka istinadən xəbər verir. Məlumata görə, Abbasov Nihad Oktay oğlu fevral ayının sonundan Bankın İdarə Heyətinin sədrinin müavini, İdarə Heyətinin üzvü seçilib.

Qeyd edək ki, N. Abbasov 2014-cü ildən etibarən “Bank BTB”də əmək fəaliyyətinə başlayıb. 2018-ci ildə bankın Problemli kreditlər departamentinin direktor müavini, 2020-ci ildə isə Problemli kreditlər departamentinin direktoru təyin edilib. 2023-cü ildən yeni vəzifəsinə qədər bankın aktivlərlə iş departamentinin direktoru vəzifəsində çalışıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir