Rusiya Prezidenti Vladimir Putin Çinə səfər edəcək.
“İNFONEWS” xəbər verir ki, bu barədə “Reuters” məlumatlı mənbələrə istinadən yazıb.
Mənbələr Putinin Çinə səfərinin may ayının ikinci yarısında baş tutacağını bildirib. Mənbələrdən ikisi Putinin səfərinin Si Cinpinin Avropaya planlaşdırılan səfərindən əvvəl baş tutacağını bildirib.
Kreml məsələ ilə bağlı şərh verməkdən imtina edib.
Çin Xarici İşlər Nazirliyi də xəbərə münasibət bildirməyib.