Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyaya başsağlığı verib.
“İNFONEWS” xəbər verir ki, bu barədə XİN sosial şəbəkədə paylaşım edib.
“Moskvada “Krokus siti holl” konsert kompleksinə edilmiş dəhşətli hücumu qətiyyətlə pisləyirik. Günahsız qurbanların ailələrinə, eləcə də Rusiya Federasiyası xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Bütün yaralılara şəfa diləyirik. Azərbaycan terrorun qurbanı olan ölkə kimi terrorçuluğun bütün forma və təzahürlərini pisləyir”, – xarici siyasət idarəsi qeyd edib.