Rusiya 56 Kanada vətəndaşını sanksiya siyahısına əlavə edib.
“İNFONEWS” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
“56 Kanada vətəndaşının Rusiya Federasiyasına girişi bağlanıb”, – məlumatda diqqətə çatdırılıb.
Xarici İşlər Nazirliyi qeyd edib ki, Rusiya Federasiyası Kanada hərbi-sənaye kompleksinin bir neçə şirkətinin rəhbərliyinə sanksiyalar tətbiq edib.
Sanksiya siyahısına Kanadadakı Ukrayna diasporunun nümayəndələri də daxildir.