Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə bu məsələnin müzakirəsinə baxmayaraq, Estoniya qoşunlarını Ukraynaya göndərməyi planlaşdırmır.
“İNFONEWS” TASS-a istinadən xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna bildirib.
Onun sözlərinə görə, Estoniya ümid edir ki, Ukraynaya müharibə apara bilmələri üçün silah-sursat vermənin daha ucuz və təhlükəsiz olması ideyası reallaşacaq: “Bizim qoşunların müdaxiləsi nəzərdə tutulmur”.