NATO Rusiya ilə toqquşmaya hazırdır

NATO Rusiya ilə toqquşmaya hazırdır.

“İNFONEWS” xəbər verir ki, bunu NATO Hərbi Komitəsinin rəhbəri, admiral Rob Bauer Ukrayna KİV-inə müsahibəsində deyib.

O bildirib ki, belə bir ssenariyə hazır olmaq Alyansın əsas vəzifəsidir: “Məsələ ondadır ki, qarşı tərəfin nə vaxt nə edəcəyini bilmirik. Ona görə də hazır olmalıyıq. Bu gün müharibə başlayarsa, biz əlimizdəki imkanlarla mübarizə aparmalı olacağıq”.

NATO rəsmisi Alyansın xüsusilə şərq sərhədlərini gücləndirdiyini diqqətə çatdırıb: “Rusiyanın müxtəlif yerlərdə, o cümlədən kosmosdakı hərəkətlərini diqqətlə izləyirik. Lazım gələndə də reaksiya veriləcək. Biz görürük ki, Rusiya əhəmiyyətli miqdarda silah istehsal etmək imkanına malikdir, lakin müharibə başlayandan bəri onun keyfiyyəti durmadan aşağı düşür. Müəyyən planları var, amma müharibə aparırlar, ona görə də onlara çox vaxt lazımdır. Onlar üçün asan olmayacaq”.

R.Bauerin sözlərinə görə, Ukraynada NATO qoşunları yoxdur: “Bizim belə bir planımız da yoxdur. NATO-nun ayrı-ayrı ölkələri bu barədə düşünürlərsə, mütləq məsləhətləşməlidirlər”.

Admiral qeyd edib ki, hansı ölkələrin Ukraynaya hansı silahlar göndərəcəyinə NATO qərar verə bilməz: “Bu, müstəqil seçimdir. Biz kimisə buna məcbur edə bilmərik”.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirib ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. ABŞ hələ ki Ukraynaya yardımı dayandırıb. Bundan əvvəl xarici KİV-lər yazmışdı ki, ABŞ Ukraynadan hücumdan müdafiə strategiyasına keçməyi tələb edir. ABŞ dövlət katibi Antoni Blinken daha əvvəl Ukraynanın çətin vəziyyətdə olduğunu açıqlayıb. Türkiyənin xarici işlər naziri Hakan Fidan isə bildirib ki, Rusiya ilə Ukrayna arasında sülhün vaxtı çatıb. V.Zelenski daha əvvəl qeyd edib ki, atəşkəs həm Ukrayna, həm də Şərqi Avropa üçün ciddi təhlükə yaradacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir