MDU Vətən müharibəsində dəstəyinə görə Fəxri Fərmana layiq görülüb

Mingəçevir Dövlət Universiteti Vətən müharibəsində dəstəyinə görə Fəxri Fərmana layiq görülüb

Mingəçevir Dövlət Universiteti (MDU) N saylı hərbi hissənin rəhbərliyi tərəfindən Fəxri Fərmanla təltif edilib. Fərman MDU-nun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən Vətən Müharibəsi dövründə hərbi hissəyə yaxından dəstək göstərdiyinə görə təqdim edilib.

Universitetdən İnfoNews-a bildirilib ki, müzəffər Ali Baş Komandanımız və rəşadətli Azərbaycan Ordusunun sayəsində 30 illik doğma Qarabağ həsrətinə son qoyan Zə­fər yürüşündə MDU-nun tələbə, məzun və əməkdaşları həm ön cəbhədə döyüşlərdə, həm də ar­xa cəbhədə informasiya mübarizəsində və mənəvi dəstək tədbrlərində fəal iştirak edib, yüksək həm­rəylik nümayiş etdirib.

Torpaqlarımızın azad edilməsi uğrunda gedən 44 günlük Vətən müharibəsində MDU-nun 4 əməkdaşı, 120-dən çox tələbə və məzunu iştirak edib, 5 məzunu şəhidlik zirvəsinə ucalıb. Döyüş tapşırıqlarını şərəflə və uğurla yerinə yetirən, mərdlik və igidlik göstərən qəhrəman tələbə və mə­zunlarımız ölkə başçısı tərəfindən müvafiq medallar­la təltif edilib.

Qəhrəman şəhidlərimizin əziz xatirəsi­nin ehtiramla anılması və onların adlarının uca tutulması, cəsur əsgər və zabitlərimizin keçdikləri şərəfli döyüş yolları, göstərdiklə­ri şücaət və vətənpərvərlik nümunələri ba­rədə məlumatların tələbə gənclər arasında təbliğ edilməsi MDU-da diqqət mərkəzində saxlanılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir