İsrail Qəzza zolağına hərbi hücumu zamanı radikal Fələstinin HƏMAS hərəkatı haqqında çoxlu kəşfiyyat məlumatı əldə edib.
“İNFONEWS” xəbər verir ki, bu barədə “NBC News” İsrail və Amerika mənbələrinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, İsrail hökuməti HƏMAS haqqında ətraflı məlumatı hərbi əməliyyatlar zamanı ələ keçirilən sərt disklər, noutbuklar, telefonlardan əldə etdiyi kəşfiyyat məlumatları, həmçinin ABŞ-ın elektron dinləmələri sayəsində əldə edib.
Vaşinqtonun Yaxın Şərq Siyasəti İnstitutunun keçmiş yüksək vəzifəli əməkdaşı və baş elmi işçisi Metyu Levitt bildirib ki, İsrail hakimiyyəti HƏMAS haqqında əvvəlkindən daha çox anlayışa malikdir:
“Kadrlar məsələsi və daha çox şey. Onlar HƏMAS-ın nəyə qadir olduğunu daha ətraflı başa düşürlər”.
Kəşfiyyat rəsmisinin sözlərinə görə, İsrail Müdafiə Qüvvələrinin əldə etdiyi məlumatlarda HƏMAS-ın rəhbərliyi, komandanlığı və kommunikasiyaları haqqında son dərəcə müfəssəl məlumatlar var.