Britaniyalı jurnalist: Qərb Azərbaycana minaların təmizlənməsində az kömək edir

Böyük Britaniyadan olan jurnalist Neil Uotson “nj.com” portalında Azərbaycanın işğaldan azad edilən ərazilərində minatəmizləmə problemi ilə bağlı məqalə dərc edib.

“İNFONEWS” xəbər verir ki, məqalədə Qarabağda əsas problem olan yerüstü minalar nəzərdən keçirilir.

Jurnalist bildirir ki, Qərb dövlətləri və təşkilatları bu problemin həllində Azərbaycana real olaraq az yardım göstərirlər.

Məqalədə deyilir ki, hazırda Azərbaycanın qarşısında işğal dövründə Ermənistan silahlı qüvvələri tərəfindən quraşdırılmış təxminən 1,5 milyon yerüstü minanın zərərsizləşdirilməsi kimi böyük vəzifə dayanır.

Minalar yaşayış məntəqələrinin bərpasını və mülki əhalinin 7 min kvadratkilometr ərazidə məskunlaşmasını çətinləşdirir. Sözügedən ərazi Lüksemburqun ərazisindən təxminən üç dəfə çoxdur. 1990-cı illərdə erməni qoşunları tərəfindən Qarabağdakı torpaqlarından qovulmuş azərbaycanlı məcburi köçkünlərin sayı 650 min nəfərdir. Aydındır ki, Azərbaycan öz ərazisini bərpa etdikdən sonra onlar geri qayıtmağa çalışırlar. Ancaq mina partlayışları yaşayış yerləri hazır olmadan geri dönməyə cəhd edən insanları öldürür və ya yaralayır.

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov telefon açıqlamasında qeyd edib ki, bu minaların Ermənistan tərəfindən dağınıq şəkildə və bəzən heç bir hərbi zərurət olmadan, nişanlanmadan və hasarlanmadan qoyulması minaların təmizlənməsini çətinləşdirir, insan itkisi davam edir və günahsız mülki əhali üçün ciddi təhlükə yaranır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir