İsveç Finlandiyadan 300-dən çox zirehli maşın alacaq.
“İNFONEWS” xəbər verir ki, bu barədə İsveçin FMV müdafiə təchizat agentliyinin yaydığı məlumatda deyilir.
Agentliklə Finlandiyanın “Patria” şirkəti arasında 321 ədəd altıtəkərli zirehli döyüş maşınının alınmasına dair müqavilə imzalanıb.
Müqavilənin dəyəri təxminən 470 milyon avrodur.
Yeni texnika İsveç Quru Qoşunlarının Livqardet alayı, eləcə də krallığın bəzi digər bölmələrində istifadəyə veriləcək.