ABŞ Rusiyaya qarşı sanksiyaların siyahısını yeniləyib.
“İNFONEWS” xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında deyilir.
Belə ki, Rusiyadan iki vətəndaş və iki təşkilat sanksiya siyahısına əlavə edilib.
Məhdudlaşdırıcı tədbirlərə kompüter proqramı təminatının hazırlanması ilə məşğul olan Şirkətlər Qrupu və ictimai-siyasi layihələr hazırlayan Biznes Konsaltinq Agentliyi daxildir.
Sanksiya siyahısına hər iki şirkətlə əlaqəli olan İlya Qambaşidze və Nikolay Tupikin də əlavə edilib. İndi amerikalılara bu hüquqi və fiziki şəxslərlə iş görmək qadağandır. Bundan əlavə, onların ABŞ-dakı maliyyə aktivləri bloklanıb.
Bundan əvvəl fevralın sonunda ABŞ Dövlət Departamenti sanksiya siyahısına Rusiyadan 250 fiziki və hüquqi şəxsi əlavə edib.