Ağsuda ölümlə nəticələnən yol qəzası olub

Ağsu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“İNFONEWS” xəbər verir ki, hadisə rayonun Aratlı-Curuxlu yolunda qeydə alınıb.

Belə ki, rayonun Bozavand kənd sakini, 1966-cı il təvəllüdlü Alıyev İsgəndər Baxış oğlu “VAZ-2106” markalı avtomaşınla həmin yolda hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq kənardakı beton lövhəyə çırpılıb.

Sürücü İsgəndər Alıyev hadisə yerindəcə ölüb. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir