HƏMAS-İsrail müharibəsi 166 gündür davam edir. Savaşın uzanması bəzi proqnozları alt-üst edib. Elə zənn edilirdi ki, bu toqquşma Yaxın Şərqdə üçüncü dünya müharibəsinin başlamasına əsas verəcək. İran və ətrafındakı silahlı qruplaşmaların yəhudi dövləti üçün ciddi problemlər yaradacağını, İsrailin HƏMAS-ı qısa müddətdə sıradan çıxaracağını düşünənlər də yox deyildi. Ancaq realıq fərqli mənzərəni yaradıb. İsrail Müdafiə Ordusu Qəzza zolağında başlatdığı “Dəmi qılınc” əməliyyatını davam etdirir. HƏMAS və ətrafında silahlı qruplaşmalar müqavimət göstərir.
Yəhudi dövlətinin Baş naziri Benyamin Netanyahu bu döyüşləri silahlı-siyasi təşkilatı və ətrafındakı başqa birləşmələri Qəzza zolağından “təmizləyənədək” davam etdirəcəklərini bildirir. Başqa sözlə, İsrail bu bölgəni xarici dövlətlərin, xüsusən İran hakimiyyətinin təsiri altında olan qruplaşmalardan azad etməkdə qətiyyətli görünür.
Son günlər Müdafiə Ordusunun zolağın Rəfah rayonu ərazisində əməliyyat keçirməsi ilə bağlı planına ABŞ-dən də etirazlar gəlib.