Almaniya DİN ölkədə İŞİD təhlükəsi barədə xəbərdarlıq edib

Almaniyanın federal daxili işlər naziri Nensi Fazer ölkənin İŞİD tərəfindən böyük təhlükə ilə üzləşdiyini bildirib.

“İNFONEWS” xəbər verir ki, bu barədə nazir “Süddeutschen Zeitung” qəzetinə müsahibəsində deyib.

Fazer aydınlaşdırıb ki, söhbət İŞİD terrorçu qruplaşmasının regional qolu – Xorasandan gedir. Nazir vurğulayıb ki, islamçı terrorizm təhlükəsi hələ də aktualdır.

Qeyd edək ki, Qərb ölkələri “İslam Dövləti-Xorasan” qruplaşmasını “Crocus City Hall”da baş verən terroru törətməkdə şübhəli bilirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir