İndoneziya sahillərində daha bir zəlzələ olub

İndoneziya sahillərində 5,7 maqnitudada zəlzələ qeydə alınıb.

“İNFONEWS” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Təbii hadisənin episentri təxminən 77,2 min nəfər əhalisi olan Ende şəhərindən 85 km cənub-şərqdə, zəlzələ ocağı 50 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

Qeyd edək ki, dünən də İndoneziyanın Sumatra adası sahillərində 5,3 maqnitudada zəlzələ qeydə alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir