Saat 15:45-ə (16:45 – red.) distant elektron səsvermə nəzərə alınmaqla, prezident seçkilərində bütün ölkə üzrə ümumi seçici fəallığı 70,81 faiz təşkil edir.
“İNFONEWS” TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova komissiyanın informasiya mərkəzində deyib.
“Saat 15:45-ə olan məlumata görə, məntəqələrdə və distant səsvermədə ümumi fəallıq 70,81 faiz təşkil edir”, – Pamfilova bildirib.