ABŞ-nin paytaxtı Vaşinqtonda açılmış atəş nəticəsində iki nəfər ölüb, beş nəfər yaralanıb.
“İNFONEWS” xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanları bildirib.
İstirahət mərkəzinin yaxınlığında baş verən insidentlə bağlı məlumat yerli vaxtla saat 03:00 (Bakı vaxtı ilə 11:00) radələrində daxil olub. Bütün zərərçəkənlər xəstəxanalara çatdırılıb, onların vəziyyəti barədə məlumat verilmir.
CNN qeyd edib ki, polis insidentlə bağlı hələlik hər hansı həbs barədə məlumat verməyib.