Keçmiş məhkum Hacıqabulda silahla saxlandı
“İNFONEWS” xəbər verir.
Hacıqabul sakinindən qanunsuz silah götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər nəticəsində rayon sakini, 25 yaşlı Xəyyam Kazımovdan bir ədəd “AK-74” markalı avtomat silahı aşkar olunaraq götürülüb.
X.Kazımov əvvəllər Cinayət Məcəlləsinin 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 317-ci (Cəzaçəkmə müəssisələrinin və ya istintaq təcridxanalarının normal fəaliyyətini pozma) maddələri ilə məhkumluq həyatı yaşayıb.
Faktla bağlı araşdırma aparılır.