Zelenski: Son həftədə Rusiya Ukraynaya 1 000-dən çox raket, bomba və kamikadze dron atıb

Son bir həftədə Rusiya Ukraynaya qarşı kütləvi hava hücumları həyata keçirib, mindən çox raket, bomba və kamikadze dronlardan istifadə edib.

“İNFONEWS” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski axşamkı müraciətində bildirib.

O deyib ki, bu həftə ərzində, yəni bazar ertəsindən (martın 18-dən – red.) indiyədək Rusiya tərəfi 190-a yaxın müxtəlif tipli raketdən və 140-a yaxın kamikadze dronundan istifadə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir