“Avropa İttifaqı (Aİ) amerikalı iş adamı Corc Sorosun əsirliyində olduğuna görə sülhsevər siyasət apara bilmir”.
“İNFONEWS” xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban “Kossuth” radiosunun efirində bildirib.
Hökumət başçısı Avropa siyasətçilərinin Ukraynadakı nizamlanma ilə bağlı mövqeyini şərh edib. Onun sözlərinə görə, ictimai rəy getdikcə daha çox sülh yolu ilə nizamlanmanın tərəfdarı olan partiyaların dəstəyinə meyil edir. Siyasətçi həmçinin əlavə edib ki, Aİ liderləri də bunu hiss edirlər.
“Avropada sülhə tərəf dönüş alınmır, ona görə ki, Brüssel əslində Corc Soros şəbəkəsinin əsiridir”, – deyə Macarıstanın Baş naziri bildirib. O əlavə edib ki, biznesmenin nümayəndələri Avropa siyasətinə çox böyük təsir göstərirlər, çünki o, 30 il ərzində öz təsir şəbəkəsini qurub. Orban vurğulayıb ki, avropalılar Avropa Parlamentinə seçkilərdə “müharibə meyilli siyasətçilərin” fəaliyyətini qiymətləndirə biləcəklər.