Türkiyədə “BOZDOĞAN-17”əməliyyatı – 147 nəfər saxlanılıb

Türkiyənin 30 vilayətində İŞİD terror təşkilatına qarşı eyni zamanda genişmiqyaslı əməliyyat keçirilib.

“İNFONEWS”   xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

Məlumata əsasən, “BOZDOĞAN-17” kod adı altında keçirilən əməliyyat zamanı İŞİD-lə əlaqəsi olmaqda şübhəli bilinən 147 nəfər saxlanılıb.

Nazir deyib ki, ötən il iyunun 1-dən indiyədək Türkiyədə İŞİD terror təşkilatına qarşı 1 329 əməliyyat keçirilib. Bu əməliyyatlarda terror təşkilatı ilə əlaqəsi olmaqda şübhəli bilinən 2 919 nəfər saxlanılıb. Bu şəxslərdən 692-i həbs edilib, 531 nəfər məhkəmə nəzarətinə alınıb. Onlardan 187-i barəsində məhkəmə prosesi davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir