Nobel Sülh mükafatçısı UNEC rektorunun müşaviri təyin olundu

Nobel Sülh mükafatı laureatı, UNEC-in fəxri professoru Muhammad Yunus UNEC rektoruna müraciət edib.

“İNFONEWS” xəbər verir ki,  Nobel mükafatçısı müraciətində UNEC rektorunun müşaviri kimi universitetin missiyasına töhvə vermək istəyini bildirib. Müraciəti nəzərə alaraq, rektor prof. Ədalət Muradov Nobel mükafatı laureatı, professor Muhammad Yunusu müşavir təyin edib.

Xatırladaq ki, Nobel mükafatı laureatı Muhammad Yunus 2017-ci ildə UNEC-də keçirilən  “Sosial biznes – inkişafa gedən yol” mövzusunda beynəlxalq konfransda çıxış etmiş və ona UNEC-in Fəxri professoru diplomu təqdim olunmuşdur.

Bu il martın 16-da isə Muhammad Yunusun iştirakı ilə UNEC-də Yunus Sosial Biznes Mərkəzinin (YSBM) açılışı olub və Nobel mükafatçısı YSBM-də ilk mühazirəsini də sosial biznes sahəsinin problemlərinə həsr edib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir