Allah yolunda öldürülənləri əsla ölü zənn etməyin, əksinə, diridirlər və onlara Rəbbləri yanında ruzi verilir

Son günlərdə sosial şəbəkələrdə yayımlanan cəbhədən övladı ilə telefonda danışan əsgərin video-çarxı ən çox izlənənlər sırasındadır. Video-çarxa kövrəlmədən baxmaq mümkün deyil.

Belə ki, əsgər-ata oğluna tezliklə evə gələcəyini söz verir.  Oğlu nigaranlıqla təkrar-təkrar soruşur:

– Ata! Bəs birdən şəhid olsan?!

“İNFONEWS” komandası olaraq, bu mövzu ilə bağlı dini ekspert Nurlu Əliqızının fikirlərini sizlərə təqdim edirik:

– İslamda ən yaxşı ölüm Allah yolunda şəhid olmaqdır. Müqəddəs Qurani-Kərimdə İslamın şəhidliyə verdiyi dəyər və şəhidlərin məqamı və əzəməti barədə çoxsaylı ayələr vardır.

“Allah yolunda öldürülənləri əsla ölü zənn etməyin, əksinə, diridirlər və onlara Rəbbləri yanında ruzi verilir” (Ali-imran surəsi, 169-cu ayə).

Biz əziz İslam peyğəmbəri Həzrət Məhəmməd əleyhissalamın şəhidlik barəsində buyurduğu hədisdə oxuyuruq:

“Şəhidlik məqamına çatana kimi hər bir yaxşılığın fövqündə bir yaxşılıq durur. İnsan Allah yolunda şəhid olduqdan sonra ondan üstün bir xeyir qalmır”

Məhz buna görədir ki, Vətəni düşməndən azad etmək üçün əlinə silah alan hər bir Azərbaycan əsgəri döyüşə yüksək əhval-ruhiyyə ilə gedirdi. Haqq yolunda şəhid olmaqdan zərrə qədər çəkinmirdilər.

ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZİN MƏQAMINI UCA ELƏSİN!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir