Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib

Martın 29-da Moskvada Müstəqil Dövlətlər Birliyinin (MDB) İqtisadi Şurasının 101-ci iclası keçirilib.

“İNFONEWS” xəbər verir ki,  iclasda ölkəmizi Baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edib.

İclas MDB İqtisadi Şurasının sədri, Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçukun sədrliyi ilə keçirilib.

Nümayəndə heyətlərinin rəhbərləri iqtisadi əməkdaşlığın müxtəlif sahələrini əhatə edən məsələləri müzakirə ediblər. Gündəliyə kimya sənayesində əməkdaşlığın inkişafı, məhsul və xidmətlərin keyfiyyəti sahəsində nailiyyətlərə görə 2023-cü il MDB mükafatının verilməsi, qarşılıqlı ticarətdə maneələr, azad ticarət zonası və sair məsələlər üzrə danışıqların başlanmasının mümkünlüyü daxil edilib.

Tədbir iştirakçıları, həmçinin Regionlararası və Transsərhəd Əməkdaşlıq Şurasının fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparıblar.

İclasda MDB orqanlarının maliyyələşdirilməsi, o cümlədən Birliyin iştirakçısı olan dövlətlərdə sığorta xidmətləri bazarının inkişafı, Müstəqil Dövlətlər Birliyinin 2030-cu ilə qədər olan dövr üçün İqtisadi İnkişaf Strategiyasının yerinə yetirilməsinə dair bir sıra məsələlərə baxılıb.

İqtisadi Şuranın növbəti iclasının 2024-cü il iyunun 21-də Moskvada keçirilməsi planlaşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir