Türkiyədə yeraltı kartof anbarı çöküb: 2 ölü, 4 yaralı var
Türkiyənin Niğde vilayətində kartof anbarının tikintisi zamanı baş verən çökmə nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb.
“İNFONEWS” Türk KİV- ə istinadən xəbər verir ki, vəziyyəti görən və yerin altından çıxmağa çalışan fəhlələr uçmanın yaratdığı təzyiq nəticəsində çölə atılıb.
Hadisə yerinə polisi, xilasetmə, sağlamlıq, qruplar cəlb olunub.
Yaralılar xəstəxanaya aparılıb. Onlardan 3-nün vəziyyətinin ağır olduğunu bildirilir.