Azad edilmiş ərazilərdə daha 51 mina zərərsizləşdirilib

Azad edilmiş ərazilərdə daha 51 mina zərərsizləşdirilib

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (15.04.2024 – 21.04.2024) açıqlanıb.

“İNFONEWS” – un ANAMA-dan əldə etdiyi məlumatına görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilanda 12 piyada əleyhinə mina, 39 tank əleyhinə mina, 452 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1429,1 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir